یومورتا،یاغ قالمادی داغ-داش،چؤل،باغ قالمادی اوغرولارین الیندن هئچ بیر شی ساغ قالمادی Yumurta, yağ qalmadı Dağ-daş,çöl , bağ qalmadı Oğruların əllindən Heç bir şey sağ qalmadı
گئنیش دیر آمما دار دیر گئجه-گوندوزو تار دیر هئچ بیر یولچوسو یوخدور قلبیم ایزسیز دیار دیر Genişdir amma dardır Gecə-gündüz tardır Heç bir yolçusu yoxdur Qəlbim izsiz diyardır
بیری سنی سن ائدر هر شئی له دوشمن ائدر سونرا سنی ترک ائدیب سنی ده سن دن ائدر Biri səni sən edər Hər şeylə düşmən edər Sonra səni tərk edib Səni də səndən edər
مظلوملارا دایاق اول ظالیملره اوراق اول یاشامین ساواشیندا اؤزوندن گؤز قولاق اول Məzlumlara dayaq ol Zalımlara oraq ol Yaşamın savaşında Özündən göz-qulaq ol
شرابی،جامی یوخدور سحر،آخشامی یوخدور سئوگی سیز یاشاماغین هئچ بیر آنلامی یوخدور Şərabi,cami yoxdur Səhər,axşamı yoxdur Sevgisiz yaşamağın Heç bir anlamı yoxdur
یئل اَسَر بیزدن سورا قیش کَسَر بیزدَن سورا اجل داش،پامبیق ایله باش کَسَر بیزدن سورا Yel əsər bizdən sora Qış kəsər bizdən sora Əcəl daş, pambıq ilə Baş kəsər bizdən sora
یوخ یازار مندن سورا شاد،یا زار مندن سورا گؤزلرین غزلینی کیم یازار مندن سورا؟ Yox yazar məndən sora Şad, ya zar məmdən Sora Gözlərin qəzəlini Kim yazar məndən sora ?